...

Ana ilə yatmaq uşağın ürəyini müdafiə edir

Maraqlı Materials 31 Oktyabr 2011 14:43 (UTC +04:00)
Tibb işçiləri uzun müddət öz uşaqları ilə bir yerdə yatan valideynlərlə mübarizə aparmağa çalışıblar. Ekspertlər bunu uşaqlar arasında ölüm riskinin artması ilə əlaqələndirirlər.
Ana ilə yatmaq uşağın ürəyini müdafiə edir

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

Tibb işçiləri uzun müddət öz uşaqları ilə bir yerdə yatan valideynlərlə mübarizə aparmağa çalışıblar. Ekspertlər bunu uşaqlar arasında ölüm riskinin artması ilə əlaqələndirirlər. Lakin Keyptaun Universitetinin əməkdaşı, professor Nils Berqmanın apardığı son tədqiqat pediatrların rəsmi mövqeyini dəyişdirə bilər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti "The Daily Mail" qəzetinə istinadən xəbər verir.

Berqman bəyan edir ki, uşaq üç yaşınadək valideyni ilə yatmalıdır. Müşahidələr göstərir ki, anasının sinəsində yatan körpələr daha çox yatırlar. Bu zaman onların ürəyi stressə üç dəfə az məruz qalır, gələcəkdə isə onlar şəxsiyyətlərarası əlaqələri daha asan qura bilirlər.

Öz çarpayısında yatarkən körpənin beyni yuxunun iki tipi, yəni aktiv və sakit yuxu arasında daha az keçid edir. Bu keçid isə beynin normal inkişafı üçün vacibdir. Sonralar yuxu çatışmazlığı və stress səbəbindən uşaqda pis davranış da istisna edilmir.

Ekspertin fikrincə, körpələr üçün həyatın ilk həftələrində ideal vəziyyət ananın sinəsində yatmaqdır. Sonra uşaq ana ilə bir çarpayıda 3-4 yaşınadək yatmağı davam etdirməlidir.

Alimin üzərində təcrübəsini sınaqdan keçirdiyi çarpayıda yatan 16 uşaqdan yalnız 6-da sakit yuxu qeydə alınıb və həmin yuxunun keyfiyyəti anası ilə birgə yatan uşaqlardakından xeyli aşağı olub.

Xəbər lenti

Xəbər lenti