...

Obamanın nənəsi yol qəzasına düşüb

Maraqlı Materials 7 Fevral 2012 15:42 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obamanın nənəsi Sara Obama ötən bazar günü Keniyada yol qəzasına düşüb.
Obamanın nənəsi yol qəzasına düşüb

Azərbaycan, Bakı, 7 fevral /Trend/

ABŞ Prezidenti Barak Obamanın nənəsi Sara Obama ötən bazar günü Keniyada yol qəzasına düşüb. Qadın öz şəxsi avtomobilində evə qayıdarkən qəflətən onun sürücüsü idarəetməni itirib və maşın xəndəyə düşüb. Bu barədə Trend Rusiya KİV-ə istinadən məlumat verir.

Barak Obamanın nənəsinin maşını ciddi zədələnib. Sara Obamanın sözlərinə görə, onun bəxti gətirib. Belə ki, qadın, onun iki mühafizəçisi və sürücü yüngül zədələnərək canlarının qurtara biliblər.

Xəstəxanaya düşən xanım Obama və onun yol yoldaşları artıq ertəsi günü səhər evə buraxılıblar. ABŞ Prezidentinin nənəsi yüngül xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti