...

Fəvvarədən gürcü çaçası axacaq

Maraqlı Materials 28 Mart 2012 16:19 (UTC +04:00)
Yayın sonlarında Batumidə orijinal fəvvarə açılacaq.
Fəvvarədən gürcü çaçası axacaq

Gürcüstan, Tbilisi, 28 mart /Trend, müxbir N.Kirsxaliya/

Yayın sonlarında Batumidə orijinal fəvvarə açılacaq. Sahilyanı Qoqebaşvili küçəsində fəvvarəli qüllə tikiləcək. Oradan həftədə 10-15 dəqiqə su əvəzinə gürcü çaçası (üzüm arağı) axacaq.

Trend-in məlumatına görə, bu original ideya turistlərin cəlb edilməsi məqsədilə düşünülüb. Çaça axanda şirkətlərə öz fəaliyyətlərini reklam etmək üçün vaxt veriləcək.

25 metrlik qüllənin infrastrukturuna fəvvarədən başqa, turizm informasiya mərkəzi, dörd açıq hovuz və müxtəlif təyinatlı obyektlər daxildir.

Xəbər lenti

Xəbər lenti