...

Xərçəng əleyhinə nanopreparat insan üzərində uğurla sınaqdan keçirilib

Maraqlı Materials 6 Aprel 2012 15:24 (UTC +04:00)
Mütəxəssislər sağlam toxumalara zərər vermədən preparatı birbaşa şişə çatdıran nanohissəciklərin əczaçılığın perspektivli istiqaməti olduğunu etiraf edirlər.
Xərçəng əleyhinə nanopreparat insan üzərində uğurla sınaqdan keçirilib

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir X.Murtuzayeva/

Mütəxəssislər sağlam toxumalara zərər vermədən preparatı birbaşa şişə çatdıran nanohissəciklərin əczaçılığın perspektivli istiqaməti olduğunu etiraf edirlər. Onlar "BIND Biosciences" şirkətinin hissəciklərin kliniki sınaqlarının nəticələrini açıqlamalarından sonra buna bir daha əmin olublar. Bu barədə Trend "New Scientist"-ə istinadən yazır.

Rəsmi məlumatlara görə, nanohissəciklərin daşıdıqları xərçəng əleyhinə preparat insanda şişin ölçüsünü azaltmağa qadirdir. Belə ki, xərçəngin dayanıqlı formalarına mübtəla olmuş 17 könüllünün qanına vurulan nanohissəciklər dotsetaksellə doldurulub.

42 gündən sonra alimlər təcrübənin iştirakçılarındakı şişlərin vəziyyətini yoxlayıblar. Nəticə belə olub: şişlərin ölçüsü xeyli azalıb, yerdə qalan törəmə isə sadəcə böyüməyib.

Dotsetaksel orqanizmə adi üsulla vurulduqda, xərçəng toxumaları ilə sağlam toxumalar arasında fərq qoymadan hər ikisinə eyni dərəcədə zərər vurur. Nanohissəciklər isə dərmanı yalnız şişin səthindəki hissəciklərlə reaksiyaya girərkən azad edir. Nəticədə onun işləməsi üçün 80 faiz az dərman tələb olunur və toksiki effekt azalır.

Xəbər lenti

Xəbər lenti