...

Dünyanın ən çirkin iti (FOTO)

Maraqlı Materials 24 İyun 2014 12:55 (UTC +04:00)
ABŞ-ın Petaluma şəhərində dünyanın ən çirkin itinin seçilməsi üçün 26-cı illik müsabiqə keçirilib.
Dünyanın ən çirkin iti (FOTO)

Azərbaycan, Bakı, 24 iyun /Trend/

ABŞ-ın Petaluma şəhərində dünyanın ən çirkin itinin seçilməsi üçün 26-cı illik müsabiqə keçirilib.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu il müsabiqənin qalibi adını Şimali Karolinadan Pinat ləqəbli it qazanıb.

İtin sahibi Hoşli Çandler bildirib ki, Pinat doğularkən gözəl olub: "Lakin sonradan yanıq yaraları aldığına görə xarici görünüşü dəyişib. Ümumilikdə o, sağlam və şən itdir".

Qalib itin sahibi 1500 dollar pul mükafatı alıb. O, pul mükafatını travma almış digər heyvanların müalicəsinə xərcləyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti