Azərbaycan, Bakı, 4 noyabr /Trend/
ABŞ-ın Şimali Kaliforniya ştatının polisi bayram şirniyyatı arasında uşağa metamfetamin paketinin verilməsi faktını araşdırır. Trend xəbər verir ki, bu barədə Rusiya KİV-i "Associated Press"-ə istinadən xəbər verib.
Polis səkkiz yaşlı qız uşağına təhlükəli narkotiki kimin verdiyini müəyyənləşdirməyə çalışır.
Herkules şəhərinin polis əməkdaşı bəyan edib ki, uşağın valideynləri Hellouin bayramı zamanı qızlarının topladığı şirniyyat torbasında qəribə maddənin olduğu paket aşkar ediblər. Onlar bu barədə dərhal polisə xəbər veriblər.
Polis hələlik uşağın şirniyyat torbasına metamfetamin kimi təhlükəli narkotik maddənin bilərəkdən və ya təsadüfən atıldığını bilmir.