...

ABŞ hərbi məqsədlə havaya təsir edir

Maraqlı Materials 16 Fevral 2015 15:41 (UTC +04:00)
ABŞ alimi Alan Robok bildirib ki, bu yaxınlarda Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) nümayəndələri digər dövlətlərin havaya hərbi məqsədlə təsir etmək imkanlarının olub-olmadığını müəyyənləşdirmək üçün ona zəng ediblər.
ABŞ hərbi məqsədlə havaya təsir edir

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir Məftun Salmanov/

ABŞ alimi Alan Robok bildirib ki, bu yaxınlarda Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) nümayəndələri digər dövlətlərin hava şəraitinə hərbi məqsədlə təsir etmək imkanlarının olub-olmadığını müəyyənləşdirmək üçün ona zəng ediblər.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, alim bunun mümkün olduğunu bildirib və əlavə edib ki, Birləşmiş Ştatlar bununla çoxdan məşğuldur.

A.Robokun sözlərinə görə, dünya miqyasında havaya təsir etmək cəhdlərinin əlamətləri görünəcək: "ABŞ bununla dəfələrlə məşğul olub. Belə ki, amerikalılar Vyetnam müharibəsində düşmənin üzərinə güclü yağışlar yağdırıblar. Kubada da bu təcrübədən istifadə olunub".

Alim belə eksperimentləri dəstəkləmədiyini də bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti