...

12 saata 2 milyon telefon satdı

Maraqlı Materials 9 Aprel 2015 21:50 (UTC +04:00)
Çinin mobil telefon istehsalçısı “Xiaomi” şirkəti 12 saat ərzində 2 milyondan çox mobil telefon satıb.
12 saata 2 milyon telefon satdı

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Çinin mobil telefon istehsalçısı "Xiaomi" şirkəti 12 saat ərzində 2 milyondan çox mobil telefon satıb.

Trend-in Türkiyənin "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, bu, Çin şirkəti üçün rekord göstəricidir.

Yaradılmasının beşinci ildönümü münasibətilə kampaniya keçirən şirkət satışlardan ümumilikdə 335 milyon dollar gəlir əldə edib.

Qeyd edək ki, "Xiaomi" 2014-cü ildə 61 milyon ədəd mobil telefon sataraq 12 milyard dollar gəlir qazanmışdı. Dünyanın üçüncü böyük mobil telefon istehsalçısı olan şirkət Çindən başqa, Malayziya, Hindistan və İndoneziyada da satışlar həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti