...

Meyvə dondurması hoteldə faciəyə səbəb oldu

Maraqlı Materials 29 May 2015 02:49 (UTC +04:00)
İstirahət üçün Yunanıstana gələn ingiltərəli ailə faciə ilə üzləşib.
Meyvə dondurması hoteldə faciəyə səbəb oldu

Azərbaycan, Bakı, 29 may /Trend/

İstirahət üçün Yunanıstana gələn ingiltərəli ailə faciə ilə üzləşib.

Trend xarici KİV-lərinə istinadən xəbər verir ki, istirahət zamanı ailənin 50 yaşlı xanımı Amanda Tompson dünyasını dəyişib.

Onun ölümünə səbəb isə hoteldə hazırlanmış meyvə dondurmasını yedikdən sonra yaranan allergiya səbəb olub. Belə ki, A.Tompsonun süd, yumurta və almaya qarşı güclü allergiyası olub. Hoteldə hazırlanmış meyvə dondurmasının içərisində də bu tərkiblərdən olduğu üçün A.Tompsonda güclü allergiya baş verib və dünyasını dəyişib.

İndi 50 yaşlı xanımın ailəsi onun ölümündə turizm agentliyini də günahlandırır. Belə ki, onlar A.Tompsonun güclü allergiyasının olması barədə agentliyə məlumat verdiklərini bildirirlər. Ailə həmin agentliyi məhkəməyə verməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti