...

Gənc oğlan yeni “iPhone” üçün Pompey xarabalığından kirəmit oğurlamaq istədi

Maraqlı Materials 15 Avqust 2015 00:39 (UTC +04:00)
Niderlanddan olan yeniyetmə İtaliyanın qədim Pompey şəhərinin xarabalığından kirəmit oğurlamaq istəyib.
Gənc oğlan yeni “iPhone” üçün Pompey xarabalığından kirəmit oğurlamaq istədi

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Niderlanddan olan yeniyetmə İtaliyanın qədim Pompey şəhərinin xarabalığından kirəmit oğurlamaq istəyib. Trend-in "korrespondent.net" saytına istinadən verdiyi məlumata əsasən, bu barədə "The Local" qəzeti xəbər yayıb.

Anası ilə istirahətdə olan 16 yaşlı gənc kirəmiti bel çantasında gizlətmək istəyərkən amerikalı turist tərəfindən ifşa olunub. Sonuncu bu barədə polis əməkdaşını xəbərdar edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları turizm obyektinin ərazisində gənci həbs edib, anasına təhvil veriblər.

Yeniyetmə kirəmiti "eBay"-da satıb, əldə edəcəyi vəsaitə yeni "ıPhone" almaq istədiyini bildirib.

Lakin Roma artefaktları üzrə mütəxəssis Kerol Elena satışdan əldə olunan pulun yeni cihaz almaq üçün kifayət etməyəcəyini deyib: "Niderlandda yeni "ıPhone"-un qiyməti 700 avrodan başlayır. Pompey kirəmitini isə o maksimum 400 avroya sata bilərdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti