...

Kimin gündəliyi 7 milyon rubla satıldı?

Maraqlı Materials 1 Noyabr 2016 08:05 (UTC +04:00)
Məşhur şairə Anna Axmatovanın gündəliyi Sankt-Peterburqda hərracda 7 milyon rubla satılıb.
Kimin gündəliyi 7 milyon rubla satıldı?

Bakı. Trend:

Məşhur şairə Anna Axmatovanın gündəliyi Sankt-Peterburqda hərracda 7 milyon rubla satılıb. Trend bu barədə Rusiya KİV-nə istinadən məlumat verir.

"Litfond" hərrac evinin baş direktoru Sergey Burmistrov bildirib ki, şairənin gündəliyinin hərraca çıxarıldığı ilk qiymət 800 min rubl olub, sonunda isə gündəlik komissiya ödəmələri də daxil olmaqla 7,7 milyon rubla satılıb.

Onun sözlərinə görə, gündəliyi şəxsi kolleksiya üçün əldə ediblər.

Gündəliyin böyük mədəni-tarixi əhəmiyyət daşıdığı vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti