...

Kardioloqlar: Həddən artıq arıq ayaqların sahibləri diqqətli olsun

Maraqlı Materials 5 Avqust 2017 17:44 (UTC +04:00)
Almaniyanın Tübingen universitetində həyata keçirilən tədqiqatlar nəticəsində həddən artıq arıq ayaqların zəif səhhətin göstəricisi olduğu məlum olub
Kardioloqlar: Həddən artıq arıq ayaqların sahibləri diqqətli olsun

Bakı. Trend:

Almaniyanın Tübingen universitetində həyata keçirilən tədqiqatlar nəticəsində həddən artıq arıq ayaqların zəif səhhətin göstəricisi olduğu məlum olub.

Trend-in məlumatına görə, tədqiqatlar 1000-ə yaxın könüllü üzərində aparılıb.

Tədqiqat zamanı, həmin şəxslərin metabolizm sindromunun parametrlərinə uyğunluğu tədqiq edilib. Bu şəxslərin ortaq nöqtəsi isə həddən artıq arıq ayaqları olub.

Tədqiqat nəticəsində bu cür ayaqlara sahib olan şəxslərin ürək-damar xəstəliklərinə daha meyilli olduğu aşkar edilib.

Xəbər lenti

Xəbər lenti