...

Məşhur memarlarımız markalarda (FOTO)

Maraqlı Materials 12 Fevral 2019 09:55 (UTC +04:00)
“Azərmarka” MMC və Azərbaycan Memarlar İttifaqı markalı kitab layihəsinə imza atıb.
Məşhur memarlarımız markalarda (FOTO)

Bakı. Trend:

“Azərmarka” MMC və Azərbaycan Memarlar İttifaqı markalı kitab layihəsinə imza atıb.

Trend-in "Azərpoçt" MMC-yə istinadən verdiyi məlumata görə, səhifə sayı 44 vərəq olan bu kitabda XX əsrin ikinci yarısında yaşayıb-yaratmış Azərbaycan memarlarından söz açılır.

Markalı kitaba hər biri 4 markadan ibarət 3 blok daxil edilib. Kitabın ölçüləri 177x200 mm, blokların ölçüləri 75x90 mm, markaların ölçüləri isə 26x37 mm-dir.

Bloklara daxil olan markalar:

- Əməkdar memar İlham Əliyev
- Memar Vadim Şulqin
- Mühəndis-memar Sənan Sultanov
- Əməkdar memar Pərviz Hüseynov
- Əməkdar memar Hacımurad Şuqayev
- Əməkdar memar Avrora Salamova
- Əməkdar memar Fira Rüstəmbəyova
- Əməkdar memar Abram Surkin
- Professor Əbdülvahab Salamzadə
- Memar Davud Axundov
- Memar Tələt Dadaşov
- Memar Boris Revazov

Tiraj hər blokdan 5 min ədəd olmaqla 15 min ədəd təşkil edir. Poçt markalı kitab “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanıb.

Qeyd edək ki, buraxılışa əlavə olaraq "Birinci gün zərfləri" hazırlanıb. Hər poçt blokundan 100 zərf olmaqla, ümumilikdə 300 zərf artıq satışa buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti