...

Bakıda havanın maksimal temperaturu normadan 8 dərəcə yuxarı olub

Maraqlı Materials 10 İyul 2023 13:20 (UTC +04:00)

Bakı. Trend:

Dünən Bakıda havanın maksimal temperaturu normadan 8 dərəcə yuxarı olub.

Trend-ə Milli Hidrometeorologiya Xidmətinin bildirilib ki, Bakıda və Abşeron yarımadasında , Naxçıvan MR-da 40 dərəcəyədək isti, aran rayonlarında 42 dərəcəyədək isti, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.

Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb.

Düşən yağıntının miqdarı Balakən, Gədəbəy, Daşkəsən, Gəncədə 5 mm-dək olub.

Şimal-qərb küləyi arabir Şərurda 20 m/s, Mingəçevirdə 19 m/s, Ceyrançöl, Bərdə, Naftalanda 18 m/s, Yevlaxda 15 m/s-dək güclənib.

Xəbər lenti

Xəbər lenti