...

ANAMA rəhbəri: "Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün yarım milyard dollar tələb olunur"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Sentyabr 2007 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Cümə günü Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılovun verdiyi məlumata görə, Ermənistan-Azərbaycan münaqişəsi zamanı minalanmış Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün yarım milyard dollardan çox vəsait tələb olunur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1992-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə nail olublar və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmamış ərazilərində 100 mln. kvadrat metrdən çox, işğal olunmuş ərazilərində isə 500 mln. kvadrat metr ərazi minalardan təmizlənməmiş qalır, ANAMA rəhbərinin məlumatında belə deyilir. "Böyük qayıdış" proqramının reallaşması üzrə mümkün donor olan Dünya Bankının hesablamalarına görə, ərazilərin minalardan təmizlənməsi 500 mln. dollardan çox vəsait tələb edir.

Bu günə qədər ANAMA tərəfindən 50 mln. kvadrat metr ərazi minalardan təmizlənib.

Xəbər lenti

Xəbər lenti