...

Azərbaycan torpaqlarının bir zərrəsini belə Ermənistana güzəştə getməyəcək – Azərbaycanın XİN başçısı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Noyabr 2007 16:33 (UTC +04:00)
Azərbaycan torpaqlarının bir zərrəsini belə Ermənistana güzəştə getməyəcək – Azərbaycanın XİN başçısı

İspaniya, Madrid / Trend , A.Məhərrəmli/ Azərbaycan torpaqlarının bir zərrəsini belə Ermənistana güzəştə getməyəcək. Bu barədə cümə günü Madriddə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 15-ci iclasında çıxışı zamanı Azərbaycnın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.

Məmmədyarov bildirib ki, danışıqlar prosesinin davam etdirilməsinə baxmayaraq, ermənilər öz işğalçı siyasətlərini həyata keçirməkdən əl çəkmirlər.

Onun sözlərinə görə, Ermənistanın bu mövqeyi danışıqların iflasına gətirib çıxaracaq.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti