...

ATƏT-in Minsk qrupu həmsədrlərinin təkliflərinə ekspertlər səviyyəsində baxılmalıdır- nazir müavini(video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Dekabr 2007 17:39 (UTC +04:00)
ATƏT-in Minsk qrupu həmsədrlərinin təkliflərinə ekspertlər səviyyəsində baxılmalıdır- nazir müavini(video)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ ATƏT-in Minsk qrupunun Azərbaycana təqdim etdiyi təkliflərə ekspertlər səviyyəsində baxılmalıdır ki, Azərbaycanın bu sənəd üzərində işləməyə hazır olması müəyyən olunsun. Bu barədə Azərbaycanın xarici işlər nazirin müavini Araz Əzimov bazar ertəsi jurnalistlərə verdiyi məlumatında bildirib.

"Fikirləşirəm ki, həmsədrlərin ifadələri onların öz fikirləridir, əgər kimsə bu sənədin Azərbaycanın maraqlarına uyğun olduğunu deyirsə, bu, qayda kimi qəbul olunmamalıdır. Ekspertlər işə başlamazdan əvvəl sənəd siyasi səviyyədə nəzərdən keçirilməlidir ki, Azərbaycan sənədlə bağlı mövqeyini bəyan edə bilsin" - deyə nazir müavini qeyd edib. ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistana Dağlıq Qarabağ münaqişəsinin həllinə dair yazılı təkliflər (10 təklif) təqdim edib.

Sənəd cümə axşamı Madriddə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistanın xarici işlər naziri Vardan Oskanyan, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza, RF-nin xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət Katibinin beynəlxalq məsələlər üzrə köməkçisi Nikolas Bernin görüşündə təqdim olunub. Əzimovun sözlərinə görə, Azərbaycan həmişə danışıqlara konstruktiv yanaşıb. Praqa prosesi çərçivəsində hazır təkliflər var və bu təkliflərin əsas konsepsiyası Azərbaycan ərazilərinin azad edilməsi, onların Azərbaycanın nəzarətinə qaylarılması, bu ərazilərdə bərpa işlərinin aparılması və bundan sonra azərbaycanlıların Dağlıq Qarabağa qaytarılması , iki icma arasında əməkdaşlıq imkanlarırın yaradılmasıdır ki, bu da siyasi prosesi davam etdirmək üçün imkan yaradacaq.

"Mənim tanış olduğum təkliflər üzərində işləmək lazımdır. Bu təkliflərin vacib məsələləri açıq olaraq qalır" - deyə nazir müavini bildirib. Əzimovun sözlərinə görə, Azərbaycan öz mövqeyindən çəkinməməlidir və çəkinə bilməz, Ermənistan siyasi oynunlara əl atarsa, heç bir şey əldə olunmayacaq.

"Münaqişəni sülh yolu ilə həll etmək üçün unikal şans mövcuddur" - deyə Əzimov bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti