...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Dekabr 2007 10:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 27-də saat 13.50-dən 13.55-dək və dekabrın 28-də saat 01.30-dan 01.40-dək Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərindən, saat 21.55-dən 22.40-dək Tərtər rayonunun Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərindən, dekabrın 28-də saat 00.40-dan 00.50-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndinin yaxınlığında yerləşən mövqelərindən, saat 05.40-dan 06.00-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti