...

Bakı, Yerevan və Xankəndi münaqişənin nizamlanması üçün işlərin aparılmasına hazırdılar – Rusiyalı həmsədr

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Yanvar 2008 17:50 (UTC +04:00)
Bakı, Yerevan və Xankəndi münaqişənin nizamlanması üçün işlərin aparılmasına hazırdılar – Rusiyalı həmsədr

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir S.Ağayeva / Həmsədrlər bu il Dağlıq-Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişlərə nail olacaqlarına ümid edirlər. Merzlyakov bildirib ki, Bakı, Yerevan və Xankəndi bu istiqamətdə işlərin aparılmasına hazırdılar.

"2008-ci ildə hər iki ölkə yeni prezident seçəcəyindən, bu il həlledici ola bilər. Hər ölkədə prezident, ilk növbədə, ölkə qarşısında duran əsas məsələləri həll etməyə çalışır," - Fasye deyib.

"Biz ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri məhz bu il bütün şanslardan istifadə edərək, münaqişənin həllinə çalışacaqlar", - Fasye deyib.

Merzlyakov bildirib ki, tərəflərə təklif edilən əsas baza prinsipləri həmsədrlər tərəfindən artıq razılaşdırılıb. "Bizim yanaşmamız təklif edilən 10 prinsipdən üçü əsasında qurulub: bunlar ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə, güc və hədədən istifadədən imtina etməkdir", - o bildirib.

Xəbər lenti

Xəbər lenti