...

Atəşkəsin uzun müddətli pozulması nəticəsində Ermənistan 12, Azərbaycan isə 4 hərbçisini itirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Mart 2008 10:41 (UTC +04:00)
Atəşkəsin uzun müddətli pozulması nəticəsində Ermənistan 12, Azərbaycan isə 4 hərbçisini itirib

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir E.Hüseynli/ Azərbaycan Müdafiə Nazirliyi martın 4-ü səhərdən qoşunların təmas xəttində başlanılan uzun müddətli atəşkəs rejiminin pozulması ilə bağlı rəsmi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend ə bildiriblər ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 4-də səhər saatlarından başlayaraq növbəti dəfə atəşkəs rejimini pozublar. Bunun nəticəsində də cəbhənin bir neçə istiqamətində vəziyyət gərginləşmişdir.

Məlumata görə, düşmən Ermənistanın daxilində baş verən qanlı hadisələrdən, silahlı vətəndaş qarşıdurmasından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmıq məqsədilə bu cür təxribata əl atıb.

Azərbaycan Ordusunun əsgərləri qəhrəmancasına düşmənin layiqli cavabını verib, ona ağır zərbələr endirib. Tərtər rayonunun Göyarx kəndi istiqamətində 12 erməni əsgəri məhv edilib, 15 isə ağır yaralanıb.

Vəziyyətin mürəkkəbliyini nəzərə alan düşmən martın 5-də saat 01.00 radələrində atəşi dayandırmağa məcbur olub. Hazırda həmin bölgədə nisbi sakitlikdir.

Atışma zamanı Azərbaycan Silahlı Qüvvələrinin 3 əsgəri, Tusayev Nemət Həbibbulla oğlu (1988-ci il təvəllüdlü, 2007-ci ilin yanvarında Zaqatala rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılıb), Qasımov Yusif Oruc oğlu (1988-ci il təvəllüdlü, 2007-ci ilin oktyabrnda Şəki rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılıb) və İsmayılov Bəhruz Arzu oğlu (1988-ci il təvəllüdlü 2006-cı ilin oktyabrında Şəki rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılıb) şəhid olub, Alcanov Rövşən Xəzər oğlu (1988-ci il təvəllüdlü 2006-ci ilin oktyabr ayında Qobustan rayon Hərbi Komissarlığında hərbi xidmətə çağrılıb) yaralanıb.

Martın 5-də gecə saatlarında isə Tərtər rayonunun Qızıl Oba kəndi istiqamətində düşmən mövqelərindən açılan atəş nəticəsində hərbiçimiz Səfərov Ceyhun Bahəddin oğlu (1978-ci il təvəllüdlü 1996-cı ildə Xətai rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılıb) şəhid olub.

Xəbər lenti

Xəbər lenti