...

Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir - kardinal (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Mart 2008 19:44 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir - kardinal (video)

Azərbaycan, Bakı, 07 mart / " müxbir K.Ramazanova/ Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir. Bu barədə Azərbaycanda səfərdə olan kardinal Tarçizio Bertoni jurnalistlərə bildirib.

"Bu cür münaqişələrin həllində güc tətbiq edilməsi yolverilməzdir" - Bertoni qeyd edib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Azərbaycanda, eləcə də bütün dünyada baş verən münaqişələrin həllinə təsir göstərməlidir. O, həmçinin, bildirib ki, sülh üçün ən vacib məsələ - qaçqınlar məsələsidir, ona görə bu problemi həll etməyə çalışmaq lazımdır.

Xəbər lenti

Xəbər lenti