ATƏT-in Minsk Qrupu hesab edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Dağlıq Qarabağ üzrə danışıqları bərpa edicək

Azərbaycan, Bakı, 20 mart / Trend , müxbir K.Ramazanova/ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilər hesab edirlər ki, Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş sülh danışıqlarının bərpa olunmasına səbəb olacaq. "Biz ümid edirik ki, prinsip etibarilə, hər iki tərəfin dəstəklədiyi bu görüş baş tutacaq və 2007-ci il noyabr ayında Madriddə tərəflərə təqdim olunan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə baza prinsiplərinə dair baza sənədləri əsasında, sülh danışıqlarının bərpa olunmasına səbəb olacaq" - deyə ATƏT-in Minsk Qrupu həmsədrlərinin çərşənbə günü qəbul olunan bəyanatında bildirilir. Həmsədrlər Ermənistanda keçirilən prezident seçkiləri ilə əlaqədar yaranan fasilədən sonra danışıqların bərpa olunma vacibliyini qeyd ediblər. Bununla əlaqədar, həmsədrlər tərəflər arasında müzakirələrin davam etdirilməsinə dair hər iki ölkənin XİN başçıları tərəfindən göstərilən dəstəkdən razıdırlar. "Biz nazirlərə ən qısa vaxtda Azərbaycan və Ermənistan liderləri arasında ilk görüşün təşkil olunmasını təklif etdik" - deyə bəyanatda bildirilir.
Həmsədrlər əmindirlər ki, münaqişənin sülh yolu ilə və ədalətli həlli hər iki tərəfdən qaçılmaz güzəştlər tələb edir. Bu yaxınlarda BMT Baş Assambleyası tərəfindən qəbul ounan "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" Qətnamə layihəsinə toxunan həmsədrlər qeyd edirlər ki, Fransa, Rusiya və ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağın müstəqilliyni tanımır. Lakin Dağlıq Qarabağın gələcək statusuna dair məsələ tərəflər arasında mövcud olan danışıqların bəndidir. Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində bu yaxınlarda baş verən atışmalara toxunan həmsədrlər hər iki tərəfi "Birtərəfli və maksimal fəaliyyətlərdən"dən çəkinməyə, həmçinin, həm danışıqlar masası arxasında, həm də ictimai çıxışlar zamanı atəşkəs rejimi ilə bağlı öz öhdəliklərinə riayət etməyə çağırıb.
Bu bəyanat martın 14 - də Vyanada Ermənisatnın xari işlər naziri VIardan Oskanyan və martın 15-də Parisdə Azərbaycan XİN -nin rəhbəri Elmar Məmmədyarovla keçirilən məsləhətləşmələrin yekunu üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən qəbul ounub.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 -ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.