...

Meksika Dağlıq Qarabağ münaqişəsinin BMT səviyyəsində həllini dəstəkləyir-xarici işlər nazirinin müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Mart 2008 17:45 (UTC +04:00)
Meksika Dağlıq Qarabağ münaqişəsinin BMT səviyyəsində həllini dəstəkləyir-xarici işlər nazirinin müavini

Azərbaycan, Bakı, 28 mart / Trend , müxbir K.Ramazanova/ Meksika Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT) səviyyəsində həllini dəstəkləyir. Bu barədə cümə günü Azərbaycanda səfərdə olan görüşündə Meksika xarici işlər nazirinin müavini xanım Mariya Lourdes Aranda Bezaurini mətbuat konfransında bildirib.

BMT Baş Assambleyasının 62-ci sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" Qətnamə qəbul edilib. Qətnamədə"Azərbaycanın bütün işğal olunmuş ərazilərindən Ermənistanın Silahlı Qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.

ATƏT-in Minsk Qrupu isə hesab edir ki, BMT-də bu cür qətnamənin qəbul edilməsi Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə sülh prosesi üçün təhlükə yaradır.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Xanım Bezaurini deyib ki, Azərbaycana Xarici İşlər Nazirliyində keçirdiyi görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumatlar toplayıb.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti