...

İsrail səfiri Şuşanın işğalının ildönümü günü "Dostluq parkı"nın açılış mərasiminin keçirilməsinə aydınlıq gətirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Aprel 2008 18:07 (UTC +04:00)
İsrail səfiri Şuşanın işğalının ildönümü günü "Dostluq parkı"nın açılış mərasiminin keçirilməsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir S.İlhamqızı/ İsrailin Azərbaycandakı səfiri Artur Lenk mayın 8-də - Şuşanın işğalının ildönümü günü Bakıda "Azərbaycan-İsrail dostluq parkı"nın açılış mərasiminin keçirilməsi məsələsinə aydınlıq gətirib.

"Mayın 8-i İsrailin müstəqillik günüdür, buna görə dostluq parkının açılışının həmin günə təyin olunması məqsədəuyğun hesab edilib. Həmçinin mayın 8-də Azərbaycanda rəsmi səviyyədə matəm günü deyil"-deyə səfir Trend a açıqlamasında bildirib.

Qarabağ Azadlıq Təşkilatı dostluq parkının açılış mərasiminin mayın 8-də keçirilməsinə etiraz edir. Təşkilat bununla əlaqədar bu gün Azərbaycan Xarici İşlər Nazirliyinə də müraciət ünvanlayıb, Şuşanın işğalının ildönümü günü belə bir mərasimin keçirilməsinin yolverilməz olduğunu bildirib. QAT hesab edir ki, həmin gün belə mərasimlərin keçirilməsi şəhidlərimizin ruhuna təhqir, Azərbaycan xalqına qarşı hörmətsizlikdir.

İsrail səfiri isə bildirib ki, tədbirin tarixi Azərbaycan XİN-i ilə razılaşdırılıb, çünki mayın 8-i rəsmən iş günüdür və matəm günü sayılmır. Həmçinin İsrail səfirliyi Azərbaycan ictimaiyyətinin narazılığını da başa düşür və şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq parkın açılış mərasimində şəhidlərin yad edilməsi də nəzərdə tutulur: "Səfirlik Qarabağ Azadlıq Təşkilatına təklif edib ki, Şuşada, Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsinə həmin parkda ağac əkilsin. Lakin QAT bu təklifimizi qəbul etməyib"-deyə diplomat bildirib.

Azərbaycanın Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti