...

Gec-tez Dağlıq Qarabağın əhalisi danışıqlar prosesində iştirak edəcək, - ATƏT-in MQ həmsədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyun 2008 01:02 (UTC +04:00)

Azərbaycan, Bakı. 28 iyun / Trend , müxbir M.Əliyev / Dağlıq Qarabağ əhalisinin danışıqlar prosesində iştirakı danışıqları ayrı-ayrı şərtlərin müzakirəsindən sonra reallaşa bilər. Bu barədə Trend ə cümə günü Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun rusiyalı hamsədri Yuriy Merzlyakov deyib.

"Gec-tez Dağlıq Qarabağın əhalisi danışıqlar prosesində iştirak edəcək. Lakin bu Azərbaycan və Ermənistan prezidentlərin Madrid müqaviləsi çərçivəsində sazişin əsas prinsiplərini razılaşdırandan sonra reallaşa bilər", - Merzlyakov deyib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün 1992-ci ildə ATƏT çərçivəsində 10-a yaxın ölkənin iştirakı ilə Minsk Qrupu yaradılıb, 1997-ci ildən Minsk Qrupunda üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərindən ibarət həmsədrlər fəaliyyət göstərirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti