...

ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi regiona gələcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyul 2008 12:59 (UTC +04:00)
ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi regiona gələcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir İ.Əlizadə/ ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Qoran Lenmarker Azərbaycana və Ermənistana səfər edəcək.

"Məruzəçinin səfərinin oktyabrda Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra baş tutacağı gözlənilir", bazar ertəsi jurnalistlərə Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin sədr müavini Eldar İbrahimov məlumat verib.

Trend -un arayışı: Ötən həftə ATƏt PA-nın Astanada keçirilən 17-ci sessiyasında Lenmarker jurnalistlərə bildirib ki, Dağlıq Qarabağ probleminin həlli üçün əlverişli şərait yaranıb.

İbrahimov qeyd edib ki, ATƏT Parlament Assambleyasının ötən həftə Astanada keçirilən yay sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri Lenmarkerlə görüşüb. Görüşdə Lenmarker bölgəyə səfər edəcəyini deyib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti