...

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Qafqazdakı vəziyyəti müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Sentyabr 2008 18:07 (UTC +04:00)
Azərbaycan və Türkiyə xarici işlər nazirləri Qafqazdakı vəziyyəti müzakirə ediblər

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir R.Novruzov/ Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Əli Babacan çərşənbə günü telefon danışığında Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Türkiyə xarici işlər naziri azərbaycanlı həmkarını Türkiyə prezidenti Abdullah Gülün bir müddət əvvəl Yerevana etdiyi səfər və Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan ilə apardığı danışıqlar haqqında məlumatlandırıb, Trend Türkiyə KİV-ə istinadən xəbər verir.

Babacan yenidən Türkiyənin Azərbaycana dəstəyini ifadə edib. Türkiyə xarici işlər naziri qeyd edib ki, BMT Baş Assambleyasının sentyabrın ortalarında Nyu-Yorkda keçiriləcək 63-cü sessiyası çərçivəsində bu mövzu ətrafında danışıqlar davam etdiriləcək.

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Azərbaycan, Türkiyə və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi təşəbbüsünü təqdir edib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti