...

Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN-nin başçılarnın görüşünü təşkil etməyi çalışırlar - fransalı həmsədr (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Sentyabr 2008 22:27 (UTC +04:00)
Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN-nin başçılarnın görüşünü təşkil etməyi çalışırlar - fransalı həmsədr (video)

Azərbaycan, Bakı, 18 sentyabr/ Trend müxbir İ.Alizade/ Dağlıq-qarabağ münaqişəsinin həllində vasitəçi rolunu oynayan Minsk qrupunun həmsədrləri çalışırlar ki, Nyu-Yorkda, BMT-nın Baş Assambleyasının çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etsinlər. "Mən bu gün, bu görüşün kooridanasiyası ilə əlaqədar, digər həmsədrlərlə danışacığam - Metyu Brayza və Yuri Merzlyakovla", cümə günü jurnalistlərə Azərbaycana Ermənistandan gələn ATƏT-in Minsk qrupunun fransalı həmmərüzəçisi Bernard Fasye bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994 -cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ -ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

"Bu görüş avqustun əvvəllərində Moskvada Azərbaycan və Ermənistan XİN-nin başçılarının görüşü zamanı planlaşdırılmışdır. BMT-da görüş üçün biz sentyabırın ortalarında həmmərüzəçilərin birgə missiyasının planlaşdırırdıq", - Fasye bildirib.

Onun fikirincə, birinci növbədə Cənubi Qafqazda yeni yaranmış vəziyyəti dəyərləndirməliyik: "Bir tərəflə münaqişəni həll etmək olmaz. Son həftələr ərzində baş verən hadisələr regionda bir çox faktorları dəişdirdi". Fasye onuda bildirib ki, hər iki tərəfin bu dəişikləri necə qiymətləndirilməsi barədə analiz etmək lazımdır.

"Gürcüstanda baş verən hadsələrdən sonra regionda başa düşməlidirlər ki, həmmərüzəçilər münaqişənin sülh yolu ilə həllindən başqa yolu yoxdur deyəndə düz deyirdilər. Müharibə - həmı üçün özünü öldürmək kimi bir şeydir, udanlar və uduzanlar üçün", - deyə o bildirib.

Həmsədr bildirib ki, Azərbaycanın prezidenti İlham Əliyevlə, Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə və Bütöv Kavkazın müsəlmanlarının şeyxi Allahşükür Paşazadə ilə görüşəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti