...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaxşı zəmin var – Ermənistan XİN-in rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Sentyabr 2008 13:13 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaxşı zəmin var – Ermənistan XİN-in rəhbəri

Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan hesab edir ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaxşı zəmin var.

"Düşünürəm ki, bu gün münaqişənin nizamlanması üçün yaxşı zəmin var, bu, bütün ölkələr üçün yeni regional əməkdaşlıq imkanları yarada bilər" - "Novosti-Armeniya"nın verdiyi xəbərə görə, Nalbəndyanın bu fikrini Ermənistan XİN-in mətbuat xidməti sitat gətirib.

Ermənistan XİN rəhbəri həmçinin qeyd edib ki, ATƏT-in Minsk Qrupunun formatı öz həyat qəbiliyyətliliyini sübut edib və beynəlxalq ictimaiyyətin dəstəyini qazanıb.

"Problemin nizamlanması üzrə danışıqlar həm ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklifləri, həm də bu format əsasında davam etdirilir", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti