...

RF, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Oktyabr 2008 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr / Trend / RF, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB XİNŞ-in Bişkekdə keçirilən iclası çərçivəsində oktyabrın 10-da Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbəndyanla görüşüb.

Üçtərəfli görüş zamanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin ümumi səyləri kontekstində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı məsələlər müzakirə edilib, RF XİN xəbər verir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır. 

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti