...

Hesab etmirəm ki, AŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ideal forum olsun - AŞ Nazirlər Komitəsinin yeni sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Noyabr 2008 23:54 (UTC +04:00)
Hesab etmirəm ki, AŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ideal forum olsun - AŞ Nazirlər Komitəsinin yeni sədri

Fransa, Strasburq, 27 noyabr / Trend müxbir A.Məhərrəmli/ "Mən hesab etmirəm ki, Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ideal forum olsun". Bu sözləri bu gün Strasburgda AŞ Nazirlər Komitəsinin yeni sədri, Ispaniyanın XİN başçısı Miquel Anhel Moratinos AŞ-də təşkil olunan mətbuat konfransında deyib. Konfransda Isveçin xarici işlər naziri Karl Bildt ve AŞ bas katibi Terri Devisin də iştirak ediblər.

Moratinos bildirib ki, münaqişənin həlli üçün digər forumlar var. "Baş katibin də dediyi kimi mən ATƏT-in sədri olanda bəzi məsələlərin həlli ilə məşğul olmuşam. Azərbaycanla Ermənistan arasında dialoq yenidən yaranıb ve davam etdirilir. AŞ Nazirlər Komitəsinin sədri dialoqu canlandıraraq və etimad mühitinin yaranmasına yardım edərək bu münaqişənin həllini asanlaşdıracaq. Biz bunu arzulayırıq və istəyirik" - deyə o vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Moratinos qeyd edib ki, siyasi və diplomatik abu-havanın yaradılması üçün lazımi səylər göstəriləcək. "Inaniram ki, bu dəfə əvvəlki vaxta baxanda buna daha yaxınıq. Biz siyasi və diplomatik abu-havanın yaradılmasında əlimizdən gələni əsirgəməyəcəyik. Mən hər iki tərəfə həll yolunu tapmaq üçün dialoq istəyini davam etdirməyə çaqırıram" - deyə o bildirib.

AŞ Nazirlər Komitəsinin yeni sədri həmçinin əlavə edib ki, gələn həftə Bakıda keçiriləcək konfrans Ispaniyanın Nazirlər Komitəsinə sədrliyi dövrdə ilk iclas olacaq. Onun sözlərinə görə, mədəniyyətlərarası dialoqa dair konfrans birgə işləmək ücün yaxşı şərait yaradacaq.

Öz növbəsində AŞ baş katibi bildirib ki, bu konfrans onun üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki orada mədəniyyətlərarası dialoq müzakirələri ilə yanaşı ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır. Bəlli olduğu kimi konfransın işində AŞ ölkələrinin nümayəndələri ilə yanaşı, müsəlman dövlətlərinin təmsilçiləri də iştirak edəcək (ALECSO, ISESCO).

Xəbər lenti

Xəbər lenti