...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Fevral 2009 09:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 16-da saat 18.00-dan 18.10-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndi ərazisində yerləşən mövqelərdən Azərbayjan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini; - saat 10.00-dan 10.15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 23.15-dən 23.17-dək Ağdam rayonunun Yusifjanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; - fevralın 17-də saat 00.25-dən 00.26-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbayjan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən javab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti