...

İran Dağlıq Qarabağ münaqişəsinin həllində mümkün qədər kömək etməyə hazırdır - İranın XİN başçısı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Mart 2009 14:12 (UTC +04:00)

"İran Dağlıq Qarabağ münaqişəsinin həllində mümkün qədər kömək etməyə hazırdır", - cümə günü Yerevanda İranın XİN başçısı Mənuçöhr Mottaki Ermənistanın XİN başçısı Edvard Nalbandyanla birgə mətbuat konfransında deyib, Novosti-Armeniya xəbər verir.

"İran həmişə Qarabağ münaqişəsinin həllində kömək etməyə hazır olduğunu ifadə edib və ümid edirəm ki, biz sabitlik və sakitliyin bərqərar olmasına yardımçı ola biləcəyik", - Mottaki bildirib.

O, Qarabağ münaqişəsinin həlli prosesini təməli yavaş-yavaş qoyulan bina ilə müqayisə edib.

Mottaki deyib ki, Ermənistan xarici işlər naziri ilə bugünkü görüşü zamanı Qarabağ problemi də müzakirə edilib və Nalbandyan erməni tərəfinin yeni yanaşmaları haqda məlumat verib.

Mottaki xatırladıb ki, iki gün əvvəl İranda İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti başa çatıb və bu sammit çərçivəsində o, Azərbaycan XİN-in başçısı Elmar Məmmədyarovla ikitərəfli görüş keçirib.

"Sammitin yekunlarına əsasən, maddələrin birində regiondakı münaqişələrin sülh və danışıqlar yolu ilə həll ediləməli olduğunu göstərən sənəd qəbul edilib. Sənədi Azərbaycanın da iştirak etdiyi sammitin bütün üzv ölkələri imzalayıb", - İran XİN deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti