Rusiya Qarabağ münaqişəsinin həlli yolunda "Azərbaycan və Ermənistan prezidentlərinin son zamanlar mütəmadi hal almış görüşlərini" alqışlayır. Bu haqda bəyanatı RF Təhlükəsizlik Şurası (TŞ) katibinin müavini Yuri Zubakov, Ermənistan TŞ-nın təşəbbüsü ilə İrəvanda keçirilən "Qafqaz regionu və onun ətrafında təhlükəsizlik və əməkdaşlıq" beynəlxalq konfransında çıxış edərkən deyib, ИТАР-ТАСС xəbər verir.
"Bu yaxınlarda Praqada baş tutan ikitərəfli görüş artıq son 11 ayda dördüncü oldu", - Zubakov Azərbaycan və Ermənistan prezidentlərinin Praqadakı görüşünü nəzərdə tutaraq deyib. "Dağlıq-Qarabağ məsələsinin həllinin əsas prinsiplərinə aid olan bəzi suallar həll olunmamış qalsa da, yaranmış tendensiya öz-özlüyündə ehtiyatlı nikbinliyə əsas verir", - RF nümayəndəsi hesab edir.
"Rusiya münaqişə iştirakçılarına kənardan hansısa reseptlərin qəbul etdirilməsinə qarşıdır", - Zubakov deyib. O qeyd edib ki, "son seçim məsuliyyəti münaqişə tərəflərinin üzərində olmalıdır". "Yalnız Qafqazda sabitliyin və sülhün möhkəmləndirilməsinə yardım edəcək, regionun beynəlxalq siyasi və hərbi rəqabət arenasına çevrilməsinə imkan verməyəcək bir qərar həyatqabiliyyətli olacaq", - RF TŞ rəsmisi bildirib.
"Əsas odur ki, yalnız bir ölkənin marağını nəzərə alan abstrakt, real durumdan uzaq qlobalist planlar qurulmasın və real həll yollarına səy göstərilsin", - Zubakov qeyd edib.