...

Azərbaycan və Ermənistan Prezidentlərinin görüşü tərəflərin mövqelərinin yaxınlaşması üçün yeni imkanlar yaradacaq - Aİ

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 May 2009 17:24 (UTC +04:00)
Azərbaycan və Ermənistan Prezidentlərinin görüşü tərəflərin mövqelərinin yaxınlaşması üçün yeni imkanlar yaradacaq - Aİ

Azərbaycan, Bakı, 23 may / Trend , müxbir C.Babayeva/ Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin fikkrincə, Azərbaycan və Ermənistan Prezidentlərinin Sankt-Peterburqda təşkil olunacaq növbəti görüşü tərəflər üçün mövqelərini yaxınlaşdırmağa yeni imkanlar yaradacaq . Bu barədə Semnebinin 19-20-si mayda Azərbaycana etdiyi səfəri ilə bağlı hesabatında deyilir. Məlumatı Avropa komissiyasının Bakı ofisi yayıb.

"Avropa İttifaqı ATƏT-in Minsk qupunun həmsədrləri vasitəsi ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır", - hesabatda qeyd olunub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabr ayında Dağlıq Qarabağ Şuşa və Xocalı istisna olmaqla Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan iyunda Sankt-Peterburqda iqtisadi forum çərçivəsində növbəti dəfə görüşməyi planlaşdırırlar.

Aİ-nin xüsusi nümayəndəsi Bakıya səfəri zamanı Ermənistan-Türkiyə əlaqələrinin normallaşdırılması məsələsini və Azərbaycan üçün olan vəsadlarını müzakirə edib. "O, Aİ-nin mövqeini izah edərək deyib ki, Cənubi Qafqazda bütün sərhədlərin açılması regional təhlükəsizliyə xidmət edəcək və regiona iqtisdi imkanlarını tam olaraq inkişaf etdirmək fürsəti verəcək", - sənəddə bildirilib.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir.

Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan mayın 12-13-ü Bakıya səfəri zamanı bildirib ki, Azərbaycanın işğal olunmuş torpaqları azad olunmayınca Ermənistanla hər hansı bir formada əməkdalıq istisna edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti