...

Azərbaycan ilin sonuna kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq istərdi –xarici işlər naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyun 2009 13:35 (UTC +04:00)
Azərbaycan ilin sonuna kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq istərdi –xarici işlər naziri

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir Ü.Sadıxova /

"Azərbaycan ilin sonuna kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq istərdi, lakin bu təkcə bizdən asılı deyil", - çərşənbə günü jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. 

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında növbəti danışıqlar iyunun 26-da Parisdə keçiriləcək.

"Biz Azərbaycan və Ermənistan prezidentləri tərəfindən Sankt-Peterburqda başlanılan bu işi davam etdirəcəyik". Bu, hər iki prezident tərəfindən bizə vürilən tapşırıqdır", - nazir bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

İki ölkənin xarici işlər nazirləri arasındakı əvvəlki danışıqlar Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın iyunun 4-də Sankt-Peterburdakı görüşü çərçivəsində keçirilib.  

Bu görüş prezidentlər arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yüksək səviyyədə keçirilmiş beşinci görüşdür. Əvvəlki görüşlər iyunun 7-də Praqada keçirilib. İlk danışıqlar ötən ilin iyun ayında Sankt-Peterburqda, ikinci 2008-ci ilin noyabr ayının sonunda, üçüncü isə bu il yanvar ayının 28-də Sürixdə baş tutub.

Xəbər lenti

Xəbər lenti