...

NATO Dağlıq Qarabağ məsələsi üzrə dəqiq mövqeyini bildirməlidir – Azərbaycan parlamentinin birinci vitse-spikeri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyun 2009 13:24 (UTC +04:00)

Qazaxıstan, Astana, 25 iyun / Trend , müxbir K.Konırova /

Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərov hesab edir ki, NATO Azərbaycan ilə əməkdaşlıq etmək niyyətindədirsə, Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad olunmasına köməklik göstərməlidir.

"NATO kənara çəkilir və bizə deyirlər ki, bu məsələ ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Məlum olduğu kimi, Minsk Qrupu isə təəssüf ki, heç bir nəticə əldə etməyib. Mən elə düşünürəm ki, NATO Dağlıq Qarabağ məsələsi üzrə dəqiq mövqeyini bildirməlidir", - deyə cümə axşamı Trend -un müxbirinə Astanada səfərdə olan Əsgərov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Azərbaycan və NATO arasında əməkdaşlığın əsasları 1994-cü ilin may ayının 4-də imzalanmış çərçivə sənədi - "Sülh naminə tərəfdaşlıq" proqramı ilə qoyulub. Azərbaycan ATƏT-ə üzv olan 27 dövlətdən biri və proqramın ilk iştirakçılarındandır.

1996-cı ilin aprel ayında "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində qarşılıqlı fəaliyyət istiqamətlərini müəyyənləşdirən rəsmi sənəd imzlanıb. Hazırda bu proqrama əsasən, Azərbaycan öhdəsinə qoyulmuş 50 tərəfdaşlıq məsələsini icra edir.

Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci il avqustun 3-də "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlığı üzrə fəaliyyət planının təsdiqlənməsi" haqqında fərman imzalayıb.

Hazırda əməkdaşlıq "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlığı üzrə fəaliyyət planı"nın ikinci mərhələsi çərçivəsində həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti