...

Həmsədrlərin dəyişdirilməsi kadrların rotasiyasından başqa bir şey deyil - Azərbaycanın Prezident Administrasiyasının şöbə müdiri (EKSKLÜZİV)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Avqust 2009 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust / Trend , müxbir C.Babayeva /

"Azərbaycan tərəfi inanmaq istərdi ki, ATƏT-in Minsk Qrupunun istənilən yeni həmsədri Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və ədalətin bərqərar olması üçün maksimum səy göstərəcək", - çərşənbə günü Trend -a Azərbaycanın Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

"Bu il ATƏT-in Minsk Qrupunun rusiyalı və amerikalı həmsədri dəyişəcək", - bir müddət əvvəl Trend -a rusiyalı vasitəçi Yuri Merzlyakov bildirib.

"Həmsədrlərin əvəzlənməsi hansısa dərəcədə texniki məsələdir, çünki kadrların rotasiyası bütün sahələrə aiddir", - Aslanov qeyd edib. Onun sözlərinə görə, müvafiq olaraq diplomatik sahədə həmçinin mütəmadi kadr dəyişiklikləri baş verir. "ATƏT-in Minsk Qrupunun bütün həmsədrlərinin adlarını artıq yadda saxlamaq olmur. İstənilən halda ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin həllində iştirak edən dövlətlərin mövqelərini təqqdim edənlərdir. Eyni zamanda, Minsk Qrupunun həmsədrləri təmsil etdikləri dövlətlərin siyasətinin müəyyən edilməsində öz sözünü deyə bilən insanlardır", - o deyib.

Həmsədrlərin əvəzlənməsi təbii ki, müəyyən müddət davam edir. Çünki yeni şəxsə münaqişənin mahiyyəti və tarixini öyrənmək və anlamaq, necə deyərlər "kollektivə qarışmaq" üçün müəyyən vaxt lazımdır", - şöbə müdiri hesab edir.

Ancaq bununla yanaşı, onun sözlərinə görə, keçilmiş yol və müzakirə olunmuş məsələlər var. "Müvafiq olaraq istənilən yeni həmsədr əvvəllər müzakirə olunmuş gündəliyi davam etdirəcək. Bu səbəbdən də həmsədrlərin əvəzlənməsini kadrların rotasiyası kontekstindən başqa bir şey kimi nəzərdən keçirmək lazım deyil. Ancaq inanmaq istərdik ki, ATƏT-in Minsk Qrupunun istənilən yeni həmsədri həmsədri Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və ədalətin bərqərar olması üçün maksimum səy göstərəcək", - Aslanov əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub.

1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa вə ABŞ - ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti