...

Türkiyə heç bir zaman Azərbaycanı üzə biləcək addım atmaz – Abdulla Gül

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Sentyabr 2009 17:47 (UTC +04:00)
"Azərbaycan ilə Türkiyə arasında tarixi köklərə dayanan dostluq və qardaşlıq münasibətləri Türkiyə üçün hər zaman vacib məsələdir", - Gül İslam ölkələrinin Ankarada fəaliyyət göstərən səfirləri üçün təşkil olunmuş iftar zamanı Həşimovla söhbətində deyib. Bu barədə Trend News-a Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətindən bildirilib.
Türkiyə heç bir zaman Azərbaycanı üzə biləcək addım atmaz – Abdulla Gül

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir C.Babayeva /

Türkiyə heç bir zaman Azərbaycanı üzə biləcək addım atmaz. Bu barədə Türkiyə Prezidenti Abdulla Gül Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimovla görüşündə bildirib.

"Azərbaycan ilə Türkiyə arasında tarixi köklərə dayanan dostluq və qardaşlıq münasibətləri Türkiyə üçün hər zaman vacib məsələdir", - Gül İslam ölkələrinin Ankarada fəaliyyət göstərən səfirləri üçün təşkil olunmuş iftar zamanı Həşimovla söhbətində deyib. Bu barədə Trend -a Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətindən bildirilib.

Türkiyə Prezidenti Abdulla Gül İslam ölkələrinin Ankarada fəaliyyət göstərən səfirləri üçün iftar yeməyi verib. Yeməkdə Azərbaycanın səfiri Zakir Həşimov da iştirak edib.

Yeməkdən sonra Gül ilə səfir arasında söhbət olub. Söhbət zamanı son zamanlar aktual məsələlərdən olan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasını nəzərdə tutan protokol ətrafında fikir mübadiləsi aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti