...

Ermənistan Silahlı Qüvvələrinin nölmələri Azərbaycan ordusunun üzbəüz mövqelərini atəşə tutublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Oktyabr 2009 10:14 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 26-da saat 06.15-dən 06.35-dək, 06.20-dən 06.50-dək və 23.40-dan 00.00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Horadiz və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə çərşənbə axşamı Trend News-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Silahlı Qüvvələrinin nölmələri Azərbaycan ordusunun üzbəüz mövqelərini atəşə tutublar

Azərbaycan , Bakı, 27 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 26-da saat 06.15-dən 06.35-dək, 06.20-dən 06.50-dək və 23.40-dan 00.00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Horadiz və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə çərşənbə axşamı Trend -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti