...

Ermənistan Ankaranın şərtlərinin yalnız bir qismini yerinə yetirə bilər - türkiyəli deputat Canan Arıtman

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Dekabr 2009 16:46 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsində ABŞ-ın Ermənistana təsir edə biləcəyinə ümid edir. Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının deputatı Canan Arıtman belə hesab edir.
Ermənistan Ankaranın şərtlərinin yalnız bir qismini yerinə yetirə bilər - türkiyəli deputat Canan Arıtman

Azərbaycan, Bakı, 08 dekabr / Trend , müxbir R.Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Erdoğan Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsində ABŞ-ın Ermənistana təsir edə biləcəyinə ümid edir. Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının deputatı Canan Arıtman belə hesab edir.

"Lakin Ermənistan öz növbəsində bu münaqişənin nizamlanmasına Yerevanın həqiqətən hazır olduğunu sübut etmək üçün bu şərtlərin yalnız bir qismini yerinə yetirə bilər, bundan sonra Ermənistan ilə sərhədlərin açılması prosesinin uzadılmasına Ankaranın səbəbi qalmır, - Arıtman telefon vasitəsilə Trend -a deyib. - Bu, Dağlıq Qarabağ məsələsini həll etmir, yalnız onu gücləndirir".

Türkiyənin Baş naziri Ərdoğan və xarici işlər naziri Ahmet Davudoğlu Vaşınqtonda rəsmi səfərdədir. Səfər zamanı Türkiyə tərəfi Prezident Barak Obama və ABŞ Administrasının digər üzvləri ilə görüş keçirib və görüş zamanı İran, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması və Dağlıq Qarabağ münaqişəsi məsələləri müzakirə olunub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Arıtmanın sözlərinə görə, Ərdoğanın ABŞ-da dünənki - Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasının qarşılıqlı asılılığı barədə rəsmi bəyanatından əlavə, Barak Obama ilə bağlı qapılar arxasında görüşü keçirilib. Türkiyə KİV-nin məlumatına görə, ABŞ Türkiyədən tezliklə Ermənistanla sərhədlərin açılmasını tələb edib.

"Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması ilə əlaqədar olaraq dəfələrlə bəyanat verib, lakin o həmçinin qeyd edib ki, Ermənistanla sərhədlərin açılması barədə qərar qəbul edilməsi məsələsində Türkiyə Parlamentinə heç cür təzyiq göstərə bilməz", - o deyib.

Deputatın sözlərinə görə, buna görə də nə vaxtsa Azərbaycan torpaqlarının azad edilməsinə dair Ermənistanın atacağı ilk addım Ermənistan-Türkiyə sərhədlərinin açılması prosesinin başlanğıcı üçün Ankaraya kifayət edəcək.

Xəbər lenti

Xəbər lenti