...

Ötən il itkin kimi qeydiyyatdan keçən 84 nəfərin taleyi müəyyən olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Yanvar 2010 16:39 (UTC +04:00)
Dövlət Komissiyasının internet saytının məlumatına görə, onlardan 29 nəfərin sağ, 35 nəfərin döyüşlərin gedişində həlak olduğu və yaxınları tərəfindən tanınaraq dəfn edildiyi, 13 nəfərin adının siyahıda təkrar keçdiyi, 7 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşdüyü müəyyənləşdirilib.
Ötən il itkin kimi qeydiyyatdan keçən 84 nəfərin taleyi müəyyən olunub

Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Ötən il Azərbaycanda əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin kimi qeydiyyatdan keçən 84 nəfərin taleyi müəyyən olunub.

Dövlət Komissiyasının internet saytının məlumatına görə, onlardan 29 nəfərin sağ, 35 nəfərin döyüşlərin gedişində həlak olduğu və yaxınları tərəfindən tanınaraq dəfn edildiyi, 13 nəfərin adının siyahıda təkrar keçdiyi, 7 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşdüyü müəyyənləşdirilib.

Araşdırmalar zamanı 7 nəfərin döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilib, adları müvafiq siyahıya salınıb.

1 dekabr 2009-cu il tarixə olan məlumata görə, 4133 nəfər itkin düşüb, 1396 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçib.

Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 44 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsinin ehtimal olunduğu müəyyənləşdirilib.

Dövlət Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 576 nəfər barədə sorğular göndərilib.

Xəbər lenti

Xəbər lenti