...

Azərbaycan Prezident Administrasiyasının rəhbəri "Xocalı soyqırımının 18-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı"nı təsdiq edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Fevral 2010 16:11 (UTC +04:00)
Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin sərəncamı ilə "Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət Agentliyi yayıb.
Azərbaycan Prezident Administrasiyasının rəhbəri "Xocalı soyqırımının 18-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı"nı təsdiq edib

Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin sərəncamı ilə "Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət Agentliyi yayıb.

Tədbirlər planında Xətai rayonunda, Naftalan şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması, Xocalı sakinlərinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara müraciətinin yayılması, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu dəhşətli hadisə ilə bağlı mətbuat konfranslarının, anma mərasimlərinin və s. keçirilməsi, xarici KİV və teleradio kanallarında materialların hazırlanması və yayılması nəzərdə tutulub.

Sənədə əsasən, idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi salonlarında, ali və orta təhsil ocaqlarında xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər və s. keçiriləcək, milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlər nümayiş etdiriləcək.

Rəsmi dövlət strukturları rəhbərlərinin, Milli Məclis deputatlarının və ziyalıların iştirakı ilə xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda şəhid ailələrinə yardım göstəriləcək.

İldönüm ərəfəsində internet şəbəkəsində Xocalı soyqırımını əks etdirən məlumatlar yeniləşdiriləcək, ölkə televiziya və radiolarında, kütləvi informasiya vasitələrində bu soyqırımla bağlı materiallar veriləcək.

Fevralin 26-da saat 17.00-da bütün ölkə ərazisində şəhid xocalılıların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, həmin gün təhsil müəssisələrində ilk dərslər bu faciəyə həsr olunacaq.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 600-dən cox insan ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Xəbər lenti

Xəbər lenti