...

Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunan portalın təqdimat mərasimi keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2010 15:04 (UTC +04:00)
"Bu portalın yaradılması çox önəmlidir və bundan sonra həm Azərbaycanda, həm də xaricdə yaşayan soydaşlarımız hər bir Milli Qəhrəman haqda ətraflı məlumat əldə edə biləcək", - Trend News-un məlumatına görə, bazar ertəsi Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) www.milliqahraman.az portalının təqdimat mərasimində Milli Məclisin üzvü Qənirə Paşayeva bildirib.
Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunan portalın təqdimat mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunan portalın təqdimat mərasimi keçirilib.

"Bu portalın yaradılması çox önəmlidir və bundan sonra həm Azərbaycanda, həm də xaricdə yaşayan soydaşlarımız hər bir Milli Qəhrəman haqda ətraflı məlumat əldə edə biləcək", - Trend -un məlumatına görə, bazar ertəsi Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) www.milliqahraman.az portalının təqdimat mərasimində Milli Məclisin üzvü Qənirə Paşayeva bildirib.

Paşayevanın sözlərinə görə, portalda milli qəhrəmanlarla yanaşı, Dağlıq Qarabağın işğal olunması, müharibə zamanı qəhrəmanlarımızın göstərdiyi şücaətlər daha geniş şəkildə öz əksini tapacaq. "Mənim təşəbbüsümə dəstək verərək portalın yaradılmasında xüsusi əməyi olan Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutuna və direktoru Rasim Əliquliyevə təşəkkürümü bildirirəm", - millət vəkili əlavə edib.

Onun fikrincə, portaldakı məlumatlar daim yenilənəcək. "Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılması üçün apardığı mübarizə də daim portalda öz əksini tapacaq. Biz milli qəhrəmanlarımızı nə qədər yüksək səviyyədə təbliğ etsək, cəmiyyətimizə, xüsusən gənclərimizə tanıtsaq, o zaman hər kəs özü oxşamaq istədiyi qəhrəmanı seçəcək", - Paşayeva vurğulayıb.

Millət vəkili deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Milli Qəhrəman ailələrinə dəstəklə bağlı çox böyük işlər görür. "Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da milli qəhrəmanların gələcək nəsillərə təqdim edilməsi üçün çox böyük layihələr həyata keçirilməsinə dəstək verir. Amma bu məsələ hamımızı düşündürməlidir", - o xatırladıb.

"Milli qəhrəmanlarımız haqda məlumatları istər ölkə, istərsə də dünya ictimaiyyətinə çatdırmaq çox böyük vətənpərvərlikdir", - tədbirdə çıxış edən millət vəkili Həvva Məmmədova bildirib.

Məmmədovanın sözlərinə görə, dünya ictimaiyyətinin Azərbaycanın milli qəhrəmanları haqqında məlumat əldə edə bilməsi üçün portalın ingilis dilində versiyasının hazırlanması da vacibdir. "Çünki bizim internet saytlarımızı bu gün həm düşmənlərimiz, həm də dost olan ölkələrdə oxuyurlar", - millət vəkili qeyd edib.

"Portalda 210 Milli Qəhrəman barədə ətraflı məlumat verilməklə yanaşı, Xocalı soyqırımını əks etdirən materiallar da yerləşdiriləcək", - tədbirdə çıxış edən AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib.

Onun sözlərinə görə, portal bir neçə günə tam istifadəyə veriləcək və yaxın zamanlarda burada ingilis dilində də məlumat almaq mümkün olacaq. "Portalda təkcə 210 nəfər Milli Qəhrəmanla bağlı məlumatlar yerləşdirilməyəcək. Eyni zamanda bura daxil olan hər kəs əsir və girov götürülən 4459 nəfər vətəndaşımız, müharibə nəticəsində fiziki sağlamlığını itirən 44 mindən çox insan, o cümlədən şəhid olan 22 mindən artıq soydaşımız haqda da məlumat əldə edə biləcək", - Əliquliyev vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti