...

Böyük Britaniyanın Baş nazirinə Xocalı soyqırımını tanımaq çağırışı ilə müraciət təqdim edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2010 18:15 (UTC +04:00)
Avropa-Azərbaycan Cəmiyyətinin üzvləri Temza çayı ilə üzən "Silver Sturgeon" gəmisində tədbir keçiriblər. Tədbirdə iştirakçılara, xüsusilə də ölkə parlamentinin üzvlərinə Xocalı soyqırımı haqqında məlumat verilib, həmçinin "Xocalıya Ədalət" musiqili layihənin təqdimetmə mərasimi keçirilib.
Böyük Britaniyanın Baş nazirinə Xocalı soyqırımını tanımaq çağırışı ilə müraciət təqdim edilib

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir M.Əliyev/

Avropa-Azərbaycan Cəmiyyətinin üzvləri Temza çayı ilə üzən "Silver Sturgeon" gəmisində tədbir keçiriblər. Tədbirdə iştirakçılara, xüsusilə də ölkə parlamentinin üzvlərinə Xocalı soyqırımı haqqında məlumat verilib, həmçinin "Xocalıya Ədalət" musiqili layihənin təqdimetmə mərasimi keçirilib. Ölkə parlamentinin binasının yaxınlığında yan alan gəmidən Xocalı soyqırımında həlak olanların adlarının yazıldığı 613 şar havaya buraxılıb, 613 qərənfil isə suya buraxılıb. Bu barədə Cəmiyyətin məlumatında bildirilir.

Rep janrında yazılan mahnını sosial mövzuda mahnıların məhşur ifaçısı, amerikalı rep ifaçısı Toni Blekmen və Azərbaycanın "Dəyirman" rep qrupu ifa edib. Kompozisiya dünya cəmiyyətini bu faciəyə qiymət verməyə çağırır.

Konfransda "Xocalıya Ədalət" beynəlxalq informasiya kampaniyası çərçivəsində 2009-cu il ərzində görülmüş işlər təqdim olunub.

Tədbirin yekununda iştirakçılar Xocalı soyqırımının bəşəriyyət əleyhinə cinayət olmasını və günahkarların cinayət məsuliyyətinə cəlb etmək üzrə səylərin davam etdirilməsini və soyqırımı tanımaq çağırışı ilə Böyük Britaniyanın Baş nazirinin ünvanına beynəlxalq müraciət imzalayıblar.

Böyük Britaniyanın Baş nazirinin katibliyi müraciəti qəbul edib.

Ölkədə imzaların toplanması il ərzində davam edəcək. İlkin olaraq, Böyük Britaniyada "Xocalıya Ədalət" kampaniyasının beynəlxalq müraciəti ilə 100 min imza toplanması planlaşdırılır.

Tədbirdə həmçinin Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş fotosərgi təşkil edilib.

Xəbər lenti

Xəbər lenti