...

Elnur Aslanov: Qarabağ erməniləri Ermənistan rəhbərliyinin və Qarabağda səhra komandirlərinin əsirləri olublar (MÜSAHİBƏ)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Mart 2010 15:16 (UTC +04:00)
Trend News-un Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovla müsahibəsi
Elnur Aslanov: Qarabağ erməniləri Ermənistan rəhbərliyinin və Qarabağda səhra komandirlərinin əsirləri olublar (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 2 mart / Trend , müxbir S.Ağayeva/

Trend -un Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovla müsahibəsi

- "Xocalıya Ədalət" kampaniyasının ilk mərhələsi başa çatıb. Necə düşünürsünüz, Azərbaycan xalqına qarşı törədilmiş soyqırım iştirakçılarının gələcəkdə beynəlxalq məhkəmələrə cəlb edilməsi mümkün olacaqmı?

- Xocalı faciəsi elə bir cinayətdir ki, onun günahkarları birmənali olaraq məsuliyyətə cəlb olunmalıdırlar. Günahsız vətəndaşları öldürmək, onlara qarşı vəhşi hərəkətlər hərbi əməliyyatların məntiqinə uyğun gəlmir. Buna görə də hesab edirəm ki, Beynəlxalq Ədalət Məhkəməsinə bu faciənin günahkarlarını cəlb etməkdən ötrü bütün hüquqi və siyasi vasitələrdən istifadə etmək lazımdır. Xocalıda günahsız vətəndaşlara qarşı cinayət törədən heç bir kəs heç bir zaman bağışlana bilməz.

- Son zamanlarda Azərbaycan tərəfinin münaqişənin sülh yolu ilə nizamlanması nəticəsiz qaldığı təqdirdə problemin müharibə yolu ilə həll edilməsinin mümkünlüyü barədəki bəyanatlarından narahat olan Yerevan münaqişələrin həllində gücün tətbiq edilməsindən imtina edilməsinə dair qətnaməni ATƏT-in Parlament Assambleyasının yay sessiyasına çıxarmaq təşəbbüsü ilə çıxış edib. Sizcə, ATƏT-in PA-da bu kimi qətnamənin qəbul olunmasının nə kimi şansları var?

- Unutmaq olmaz ki, məhz Azərbaycan Ermənistan -Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinin fəal tərəfdarıdır. Biz güc tətbiq edərək işğal etməmişik, bizim torpaqlar işğal altındadır. Lakin ermənilər başa düşürlər ki, hər bir prosesin özünün son nöqtəsi var. Biz iyirmi ildir ki, ərazi bütövlüyü və sərhəd toxunulmazlığı haqqında beynəlxalq hüquq prinsiplərinin pozulmasını izləyirik. Bir milyondan çox insanın hüquqları kobudcasına pozulub. Regionun iqtisadi və sosial inkişafına ciddi ziyan dəyib. Bütün bunlar öz aldadıcı ideyalarını həyata keçirməyə çalışan Ermənistan rəhbərliyinin siyasətinin nəticəsidir.

Bu gün Ermənistan Azərbaycanın güclənən siyasi-hərbi və iqtisadi potensialından narahatdır. Eyni zamanda Dağlıq Qarabağ ərazisində yaşayan xalq rəsmi Yerevanın irrasional siyasətinin obyekti olmağı arzulamır. Qarabağ erməniləri öz ölkəsində (Azərbaycanda) sülhə çalışır və sosial iqtisadi inkişafın bir hissəsi olmaq və səmərəli inkişafın üstünlüklərindən yararlanmaq istəyirlər. Lakin rəsmi Yerevan onlara "müstəqillik" haqqında nağıllardan başqa nə verir? Heç nə. Qarabağ erməniləri Ermənistan rəhbərliyinin və Qarabağda səhra komandirlərinin əsiri olublar, belə ki, münaqişə sonunculara qanunsuz silah və narkotik dövriyyəsi vasitəsi ilə qorxusuz yaşamaq və varlanmaq üçün şərait yaradır.

Azərbaycan iqtisadi inkişaf və infrastruktur islahatları prosesinin tərkib hissəsi olmağı təklif edir. Yerevan vətəndaşı öz cəmiyyətinin daxilində saxlamaq barədə düşündüyü halda, Qarabağda inkişaf reallıqlarından aralı düşmək istəməyən minlərlə adam əziyyət çəkir. Sual yaranır - onlar kimə və nəyə görə müharibənin məhrumiyyətlərinə dözməlidirlər? Ermənistan rəhbərliyinin ambissiyalı planlarına görəmi?

Rəsmi Yerevan öz mövqeyinin nəticəsiz olduğunu başa düşür. Odur ki, hər vəchlə özünü xarici siyasi və əlbəttə ki, daxili siyasi fiaskodan sığortalamağa çalışır.

İstənilən münaqişənin sülh yolu ilə nizamlanması arzu olunur. Lakin qonşu rasional olmadıqda və öz merkantil maraqlarına nail olmaq üçün reallıqla barışmaq istəməyəndə sülhdən danışmaq çətin olur.

- Azərbaycanın bəzi telekanallarının rəhbərlikləri bu yaxınlarda Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tərəfindən tənqid olunduqdan sonra bildiriblər ki, öz verilişlərinin keyfiyyətini yaxşılaşdıracaqlar. Nece hesab edirsiniz, telekanalların verilişlərinin səviyyəsi yaxşılaşıbmı?

- Fikrimcə, kanallar öz verilişlərini Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin söylədiyi standartların səviyyəsinə çatdırmaq üçün çox iş görməlidirlər. Əlbəttə, bəzi kanallar müəyyən addımlar artıblar, irəliləyiş nəzərə çarpır. Lakin təəssüf ki, sosial-mədəni atmosferə mənfi təsir göstərən verilişlərin üstünlük təşkil etməsi hələ də aktualdır. İntellektual və analitik proqramların səviyyəsi daha yaxşısının arzu olunmasını tələb edir. Lakin artıq cəmiyyət belə vəziyyətə reaksiya verməlidir. Hakimiyyət televiziya və radio kanallarında verilişlərin və proqramların səviyyəsinə öz münasibətini bildirib. Lakin televiziya kanallarının əksəriyyəti özəl stansiyalardır və müvafiq olaraq adi tamaşaçının nəyi görmək və nəyə baxmaq istədiyini məhz ictimai reaksiya tənzimləməlidir.

- Parlament seçkiləri ərəfəsində Azərbaycanda daxili siyasi vəziyyəti necə qiymətləndirirsiniz? Sizin fikrinizcə, qarşıdakı seçkilərdə hakimiyyətin və müxalifətin şansı necədir?

- Ümumilikdə, ölkədə daxili siyasi vəziyyət demokratik inkişaf ruhuna tam cavab verir. Bir-birilə rəqabət aparan partiyalar var, qarşıdakı siyasi mübarizə, ittifaq və blokların imkanları müzakirə olunur. Seçki prosesi yaxınlaşdıqca, vəziyyət adətən gərginləşir. Bütün bunlar təbiidir, hətta adidir. Hər seçki demokratikləşmə sahəsində irəliyə doğru hərəkətdir. Odur ki, bu seçkilər də istisna olmayacaq. Əminəm ki, bizim hamımızı demokratik və şəffaf siyasi rəqabət, seçicilərin öz səslərini ən layiqli namizədə vermək cəhdi ilə şərtlənən seçkilər gözləyir.

Lakin ümumilikdə, qarşımızda iki ipostas var - monolit hakim struktur, hakim partiya və dağınıq, didişmələrə və daxili çəkişmələrə başı qarışmış müxalifət. Müxalifət yeni qüvvəyə çevrilə, öz daxilində təftiş apara və yekunda Azərbaycanda baş verən siyasi proseslərin ayrılmaz hissəsi ola bilmədi. Bu da bu və ya digər qüvvənin şansını, eləcə də seçkilərin nəticəsini müəyyən edir. Azərbaycan iqtisadi inkişaf və infrastruktur islahatları prosesinin tərkib hissəsi olmağı təklif edir. Yerevan vətəndaşı öz cəmiyyətinin daxilində saxlamaq barədə düşündüyü halda, Qarabağda inkişaf reallıqlarından aralı düşmək istəməyən minlərlə adam əziyyət çəkir. Sual yaranır - onlar kimə və nəyə görə müharibənin məhrumiyyətlərinə dözməlidirlər? Ermənistan rəhbərliyinin ambisiyalı planlarına görəmi?

Rəsmi Yerevan öz mövqeyinin nəticəsiz olduğunu başa düşür. Odur ki, hər vəchlə özünü xarici siyasi və əlbəttə ki, daxili siyasi fiaskodan sığortalamağa çalışır.

İstənilən münaqişənin sülh yolu ilə nizamlanması arzu olunur. Lakin qonşu rasional olmadıqda və öz merkantil maraqlarına nail olmaq üçün reallıqla barışmaq istəməyəndə sülhdən danışmaq çətin olur.

- Azərbaycanın bəzi telekanallarının rəhbərlikləri bu yaxınlarda Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tərəfindən tənqid olunduqdan sonra bildiriblər ki, öz verilişlərinin keyfiyyətini yaxşılaşdıracaqlar. Nece hesab edirsiniz, telekanalların verilişlərinin səviyyəsi yaxşılaşıbmı?

- Fikrimcə, kanallar öz verilişlərini Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin söylədiyi standartların səviyyəsinə çatdırmaq üçün çox iş görməlidirlər. Əlbəttə, bəzi kanallar müəyyən addımlar artıblar, irəliləyiş nəzərə çarpır. Lakin təəssüf ki, sosial-mədəni atmosferə mənfi təsir göstərən verilişlərin üstünlük təşkil etməsi hələ də aktualdır. İntellektual və analitik proqramların səviyyəsi daha yaxşısının arzu olunmasını tələb edir. Lakin artıq cəmiyyət belə vəziyyətə reaksiya verməlidir. Hakimiyyət televiziya və radio kanallarında verilişlərin və proqramların səviyyəsinə öz münasibətini bildirib. Lakin televiziya kanallarının əksəriyyəti özəl stansiyalardır və müvafiq olaraq adi tamaşaçının nəyi görmək və nəyə baxmaq istədiyini məhz ictimai reaksiya tənzimləməlidir.

- Parlament seçkiləri ərəfəsində Azərbaycanda daxili siyasi vəziyyəti necə qiymətləndirirsiniz? Sizin fikrinizcə, qarşıdakı seçkilərdə hakimiyyətin və müxalifətin şansı necədir?

- Ümumilikdə, ölkədə daxili siyasi vəziyyət demokratik inkişaf ruhuna tam cavab verir. Bir-birilə rəqabət aparan partiyalar var, qarşıdakı siyasi mübarizə, ittifaq və blokların imkanları müzakirə olunur. Seçki prosesi yaxınlaşdıqca vəziyyət adətən gərginləşir. Bütün bunlar təbiidir, hətta adidir. Hər seçki demokratikləşmə sahəsində irəliyə doğru hərəkətdir. Odur ki, bu seçkilər də istisna olmayacaq. Əminəm ki, bizim hamımızı demokratik və şəffaf siyasi rəqabət, seçicilərin öz səslərini ən layiqli namizədə vermək cəhdi ilə şərtlənən seçkilər gözləyir.

Lakin ümumilikdə, qarşımızda iki ipostas var - monolit hakim struktur, hakim partiya və dağınıq, didişmələrə və daxili çəkişmələrə başı qarışmış müxalifət. Müxalifət yeni qüvvəyə çevrilə, öz daxilində təftiş apara və yekunda Azərbaycanda baş verən siyasi proseslərin ayrılmaz hissəsi ola bilmədi. Bu da bu və ya digər qüvvənin şansını, eləcə də seçkilərin nəticəsini müəyyən edir.

Xəbər lenti

Xəbər lenti