...

Ermənistan azərbaycanlı əsir Rafiq Həsənovu geri qaytarıb (ƏlLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Aprel 2010 13:18 (UTC +04:00)
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov çərşənbə günü Trend-ə bildirib ki, bu gün saat 12:00-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə sərhəddə əsir Rafiq Həsənov Azərbaycan tərəfinə qaytarılıb.
Ermənistan azərbaycanlı əsir Rafiq Həsənovu geri qaytarıb (ƏlLAVƏ OLUNUB)

Red.əlavəsi. dördüncü abzasa  BQXK-nin məlumatı əlavə olunub

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan azərbaycanlı əsiri bu gün geri qaytarıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov çərşənbə günü Trend-ə bildirib ki, bu gün saat 12:00-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə sərhəddə əsir Rafiq Həsənov Azərbaycan tərəfinə qaytarılıb.

Rafiq Həsənov 8 oktyabr 2008-ci ildə qoşunların təmas xəttində, Qazax rayonunun Kəmərli kəndində əsir götürülüb.

Həsənov təhvil verilməzdən öncə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinə öz istəyi ilə geri qaytarıldığını deyib. Bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyinin yaydığı məlumatda bildirilir.Əsirin Azərbaycana qaytarılması BQXK-nin vasitəçiliyilə baş tutub.

Rafiq Həsənovdan əlavə, 2009-cu il mayın 10-da cəbhənin Füzuli istiqamətində əsir götürülmüş əsgər Anar Hacıyev və 2009-cu ilin dekabrında Tovuz rayonunda girov götürülmüş Eldar Tağıyev Ermənistan tərəfində saxlanılır.

Bundan öncə Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş azərbaycanlı vətəndaşların meyitləri şənbə günü, aprelin 3-cü saat 12:00-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycan tərəfinə təhvil verilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti