...

Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyun 2010 11:11 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 2-də saat 15:20-dən 15:40-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelərdən; saat 22:40-dən 23:20-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən; iyunun 3-də saat 00:30-dan 00:40-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığındakı mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti