...

Fransa "çürümüş münaqişə" tərəflərinin danışıqlarla kompromis əldə etmələrini istəyir – Pyer Leluş

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyul 2010 11:32 (UTC +04:00)
Fransa "çürümüş münaqişə" tərəflərinin danışıqlar vasitəsilə kompromis əldə etmələrini istəyir, - Fransanın Avropa işləri üzrə dövlət naziri Pyer Leluş çərşənbə günü "Euronews" telekanalına müsahibəsində deyib.
Fransa "çürümüş münaqişə" tərəflərinin danışıqlarla kompromis əldə etmələrini istəyir – Pyer Leluş

Fransa "çürümüş münaqişə" tərəflərinin danışıqlar vasitəsilə kompromis əldə etmələrini istəyir, - Fransanın Avropa işləri üzrə dövlət naziri Pyer Leluş çərşənbə günü "Euronews" telekanalına müsahibəsində deyib.

"Münaqişənin "çürüməsi"nin səbəbi hər şeydən əvvəl, daxili siyasətdəki gözlənilməz dəyişikliklərlə bağlıdır. Biz öz tərəfimizdən, eləcə də Ermənistan və Türkiyə tərəfdən həm jurnalistlər, həm də yerli siyasətçilərin problemlərinə diqqət ayırmağa çalışırıq. Biz hər vasitə ilə Türkiyə Prezidenti Gülün Ermənistanla "futbol diplomatiyası" sahəsindəki təşəbbüslərini dəstəkləmişik. Tərəflər, həmçinin, saziş də imzalayıblar, lakin təəssüflər ki, bu, təsdiq olunmayıb. Biz çox istəyirik ki, tərəflər dialoq vasitəsilə kompromis əldə etsinlər. Bu həm də Azərbaycana - güclü iqtisadi potensiala malik bir ölkəyə də aiddir. Bundan əlavə, münaqişənin qurbanları olan qaçqınlarla da bağlı müəyyən çıxış yolu tapmaq lazımdır", - Leluş deyib.

Onun sözlərinə görə, Cənubi Osetiya və Abxaziyanın yerli səviyyədə elan olunmuş və Rusiya tərəfindən tanınmış müstəqilliyi Fransa üçün heç bir hüquqi əsasa malik deyil.

"Gürcüstana gəldikdə isə biz, əlbəttə ki, onlarla dost olmaqda davam edirik. Yeri gəlmişkən, hal-hazırda Gürcüstan ərazisində təmsil edilən, nə Rusiya, nə də Gürcüstanın tərəfinə olan yeganə qüvvəyik. Bu Avropa təşəbbüsünün regionda mənbəyi Fransa olaraq qalır. Bu yaxınlarda Prezident Saakaşvili Parisə səfər etmişdi. İyulun 15-də Batumidə Gürcüstan və Avropa İttifaqının assosiasiya haqqında sazişi üzrə danışıqlar aparılacaq. Abxaz və osetin anklavlarına gəldikdə isə, onlar Gürcüstanın bir hissəsidir. Onların yerli səviyyədə elan olunmuş və Rusiya tərəfindən tanınmış müstəqilliyi bizim üçün heç bir hüquqi qüvvəyə malik deyil. Həm də mən əminəm ki, müstəqil dövlətin tərkibinə daxil olan ərazilərə saxta suverenlik vermək - böyük səhvdir. Beləliklə, heç kimə lazım olmayan presedentlər yaranır. Qətiyyən heç kimə. Moskvada da bunu dərk edən insanlar var",- Fransanın dövlət naziri Pyer Leluş deyib.

Xəbər lenti

Xəbər lenti