Azərbaycan, Bakı, 28 iyul /Trend/
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 27-də saat 05:10-dan 06:15-dək fasilələrlə Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@trend.